Azərbaycanda büdcə sistemi göstəricilərinin beynəlxalq metodoloji tələblərə uyğun  təkmilləşdirilməsi istiqamətləri

Müəlliflər

  • İsgəndər Babazadə Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/90

Açar sözlər

fiskal idarəetmə, dövlət büdcəsi, icmal büdcə, büdcə planlaşdırılması, büdcə icrası, makrofiskal çərçivə, fiskal qaydalar, Dövlət Maliyyə Statistikası (GFS)

Xülasə

Tədqiqat Azərbaycanda dövlət və icmal büdcə göstəricilərinin planlaşdırılması və icrasının müasir makrofiskal çərçivədə sistemli elmi təhlilinə həsr olunmuşdur. Resurs gəlirlərindən asılılığın yaratdığı fiskal risklər fonunda büdcə gəlir və xərclərinin ortamüddətli və uzunmüddətli dövr üzrə etibarlı proqnozlaşdırılmasının zəruriliyi əsaslandırılır. Araşdırmada büdcə planlaşdırılması ilə icra nəticələri arasında müşahidə edilən kənarlaşmalar fiskal idarəetmənin institusional və metodoloji məhdudiyyətləri kontekstində qiymətləndirilir. Xüsusi diqqət büdcə göstəriciləri üzrə statistik məlumatların keyfiyyətinin artırılmasına və onların Dövlət Maliyyə Statistikası (GFS) standartlarına uyğunlaşdırılmasına yönəldilir. Tədqiqat büdcə qaydasına əsaslanan makrofiskal çərçivə və fiskal qaydaların makroiqtisadi sabitliyin, fiskal intizamın və iqtisadi dayanıqlılığın təmin edilməsində rolunu beynəlxalq təcrübə əsasında təhlil edir. Nəticə etibarilə, Azərbaycanda fiskal idarəçiliyin səmərəliliyinin artırılmasına yönəlmiş institusional, analitik və praktiki xarakterli elmi əsaslandırılmış tövsiyələr irəli sürülür.

Yayımlanıb

2026-01-05