Azərbaycanda idman xidmətlərinin inkişafının tənzimlənməsi istiqamətləri
DOI
https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/89Açar sözlər
idman xidmətləri; tənzimləmə; insan kapitalı; nəticəyönümlü büdcələşmə; dövlət–özəl tərəfdaşlığı; rəqəmsal idarəetmə; sosial inklüzivlik.Xülasə
Tədqiqat Azərbaycanda idman xidmətlərinin inkişafının tənzimlənməsi istiqamətlərini beynəlxalq siyasət çərçivələri kontekstində qiymətləndirir və idarəetmənin təkmilləşdirilməsi üçün sübut-əsaslı mexanizmlər irəli sürür. Məqalədə idman xidmətlərinin yalnız sosial sahə kimi deyil, insan kapitalının formalaşmasına təsir edən strateji iqtisadi investisiya aləti kimi rolu əsaslandırılır. Müəllif idman infrastrukturunun genişlənməsi və institusional irəliləyişlər fonunda idarəetmədə nəticəyönümlü yanaşmanın yetərincə formalaşmamasının dövlət resurslarının sosial faydaya çevrilməsini məhdudlaşdırdığını göstərir. Empirik qiymətləndirmələr dövlətin idman və əlaqəli sosial sahələrə yönəltdiyi xərclərlə idman uğurları və fiziki fəallıq göstəriciləri arasında müsbət əlaqənin mövcudluğunu, sağlamlıq nəticələri ilə əlaqənin isə daha zəif xarakter daşıdığını nümayiş etdirir. Beynəlxalq təcrübə əsasında “Active Places” və “Active Prescription” kimi yanaşmaların lokallaşdırılması, həmçinin rəqəmsal idarəetməni gücləndirən vahid məlumat platformasının yaradılması tövsiyə olunur. Nəticə olaraq, nəticəyönümlü büdcələşmə və dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi tənzimləmənin əsas prioritetləri kimi çıxış edir.