Azərbaycanın tarazlı sosial-iqtisadi inkişafında şəhərlərin əhəmiyyətinin artırılması istiqamətləri
DOI
https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/81Açar sözlər
tarazlı inkişaf, “çoxmərkəzli inkişaf” konsepsiyası, regional inkişaf mərkəzləri, şəhərin regiona təsir indeksi, ekoloji davamlılıq.Xülasə
Elmi məqalənin əsas məqsədi Azərbaycanın tarazlı sosial-iqtisadi inkişafında şəhərlərin əhəmiyyətini araşdırmaq və onun artırılması istiqamətlərini müəyyənləşdirməkdir. Məqalədə dünya təcrübəsində regionların tarazlı sosial-iqtisadi inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən islahatların əsas istiqamətləri öyrənilib, OECD tədqiqatları, ESPON yanaşması və Habitat proqramları araşdırılıb və onların əsasında regional inkişafın stimullaşdırılması və qeyritarazlığın azaldılması üçün bəzi şəhər inkişaf konsepsiyaları irəli sürülüb. Bunlardan “Ağıllı şəhər”, “İnklyuziv planlaşdırma”, “Şəhərlər 15 dəqiqə” və “Çoxmərkəzli inkişaf” konsepsiyalarının mahiyyəti və metodologiyaları təhlil edilib və, xüsusi olaraq “Çoxmərkəzli inkişaf” modelinin Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun sayılıb. Bu model çərçivəsində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, və Naxçıvan kimi şəhərlər “regional inkişaf mərkəzləri” kimi müəyyən edilməli və onların hər biri üzrə funksional ixtisaslaşma aparılmalıdır.
Məqalədə iqtisadi rayonların inkişafına şəhərlərin təsir indeksinin qiymətləndirilməsi aparılıb. Qiymətləndirmənin metodologiyası şəhərin və rayonun qalan (şəhərsiz) hissəsinin iqtisadi göstəricilərinin müqayisəli nisbətinə əsaslanır, hansı ki, bu metodologiya Tatarkin A.I., Mirke A.A., Yevstigneev R.M.-nin əsərlərində məkan inkişafının təhlili üçün (müqayisəli indekslər və pay strukturları sistemi) istifadə olunması təklif edilmişdir. Qiymətləndirmənin nəticəsinə görə, Sumqayıt və Gəncə ən güclü təsirə malikdir, digər şəhərlər isə əhəmiyyətli dərəcədə geri qalır.