Azərbaycanın post-konflikt ərazilərinə xarici investisiyaların cəlbediciliyini artırmaq üçün fiskal təşviq mexanizmləri
DOI
https://doi.org/10.36719/2707-9317/117/107-114Açar sözlər
xarici investisiya, post-konflikt ərazilər, beynəlxalq təcrübə, iqtisadi bərpa, fiskal siyasət, fiskal təşviq mexanizmləri, vergi güzəştləri.Xülasə
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni bir inkişaf mərhələsi başlanmışdır. Bu ərazilərin sosial-iqtisadi dirçəlişi və dayanıqlı inkişafı yalnız dövlət investisiyaları ilə deyil, eyni zamanda özəl və xarici investisiya axını ilə mümkündür. İnvestisiya mühitinin formalaşmasında isə fiskal təşviq mexanizmlərinin mühüm rolu vardır. Bu məqalədə Azərbaycanın post-konflikt ərazilərinə xarici investisiyaların cəlbedilməsi üçün tətbiq oluna biləcək fiskal alətlər geniş şəkildə təhlil olunur. Beynəlxalq təcrübə kontekstində vergi güzəştləri, subsidiyalar, gömrük imtiyazları və sığorta mexanizmlərinin rolu qiymətləndirilir. Tədqiqat göstərir ki, fiskal mexanizmlər təkcə iqtisadi inkişaf üçün deyil, həmçinin sosial stabilliyin və reinteqrasiyanın təmin olunmasında da həlledici əhəmiyyətə malikdir. Məqalədə bu istiqamətdə Azərbaycanın mövcud hüquqi və iqtisadi çərçivəsi, investor riskləri, hüquqi sabitlik məsələləri və şəffaflıq meyarları araşdırılmış, xarici investisiyanın qarşısında duran əsas çağırışlara dair konkret tövsiyələr verilmişdir. Bir sıra dünya ölkələrinin uğurla tətbiq etdikləri fiskal təşviq mexanizmlərindən nümunələr göstərilmişdir.