Türk Dövlətləri Birliyi və Beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində Zəngəzur dəhlizinin üstünlüklərinin reallaşdırılması

Müəlliflər

  • Tanrıverdi Paşa, ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Müəllif

DOI

https://doi.org/10.36719/2707-9317/117/80-91

Açar sözlər

nəqliyyat sistemi; beynəlxalq nəqliyyat dəhlizi; nəqliyyat infrastrukturu; logistik infrastruktur, multimodal nəqliyyat; xarici ticarət; yük axınları; tranzit dəhliz

Xülasə

Məqalədə beynəlxalq nəqliyyat dəhlizlərinin mahiyyəti, müasir nəqliyyat sistemində rolu, onların formalaşdırılmasının əsas məqsədləri və strategiyası şərh olunur, indiki şəraitdə “Zəngəzur” beynəlxalq nəqliyyat dəhlizinin Türk Dövlətləri Birliyi çərçivəsində rəqabət üstünlüklərinin reallaşdırılması yolları göstərilir, gömrük, nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi və tranzit potensialının təkmilləşdirilməsi istiqamətləri müəyyən edilir, Azərbaycanın tranzit imkanları qiymətləndirilməklə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına töhfə verə biləcək tədbirlər sadalanır.

Yayımlanıb

2025-09-30