Azərbaycanda vergi gəlirlərinin dayanıqlılığınınqiymətləndirilməsi: vergi yükü və boşluğu üzrə təhlil
DOI
https://doi.org/10.67304/2707-9317/2026-2/47-56Açar sözlər
dövlət büdcəsi, fiskal siyasət büdcə sabitliyi, vergi daxilolmaları, neft gəlirləri, fiskal sabitlik, vergi boşluğu, vergi yükü, fiskal dayanıqlılıq, vergi dayanıqlılığı, vergi indeksi, kritik hədd, OLS modeliXülasə
Məqalədə Azərbaycanın dövlət büdcəsi vergi daxilolmalarının dayanıqlığını xarakterizə edən müxtəlif hədd göstəriciləri, onların kritik səviyyələri, mənbələri və uyğunluq statusu ətraflı təhlil olunur, beynəlxalq müqayisə, model yanaşmalarla təhlil istiqamətləri, Azərbaycanın vergi sistemi üzrə vergi gəlirlərinin dayanıqlılığı “vergi yükü” və “vergi boşluğu” indikatorları dayanıqlıq riskləri, struktur problemləri qiymətləndirilir, səbəblər göstərilir, təklif və tövsiyələr təqdim olunur. 2010-2023-cü illər üzrə statistik məlumatlara və sadə OLS modeli üzərində aparılan empirik təhlillər nəticəsində müəyyən edilmişdir ki, vergi boşluğu artan trend göstərir, vergi yükü isə beynəlxalq tövsiyə olunmuş həddərə çatmır. Bu hal, fiskal dayanıqlılıq baxımından risk yaradan amil kimi müəyyən edilir.
Tədqiqatda deskriptiv statistika, indeks yanaşması (VDİ – Vergi Dayanıqlılığı İndeksi), beynəlxalq müqayisə və normativ hədlərlə qiymətləndirməmetodlarından istifadə edilmişdir. Azərbaycanın vergi daxilolmalarının dayanıqlığını qiymətləndirmək üzrə statistik hədd göstəricilərinə istinad edilərək analitik təhlil aparılır. Məqsəd vergi sisteminin davamlılıq indikatorları üzərindən ölkənin dayanıqlı vergi siyasəti potensialını qiymətləndirməkdir. Göstəricilər beynəlxalq təcrübələr və tələblərlə müqayisə edilir, uyğunluq dərəcəsi qiymətləndirilir və islahat təklifi verilir. Nəticələr göstərir ki, Azərbaycanın vergi yükü və yığılan verginin potensiala nisbəti aşağı səviyyədədir. Təklif olunan siyasət tövsiyələri fiskal dayanıqlığın artırılmasınayönəldilmişdir.