Azərbaycan Respublikasında gənc əmək ehtiyatlarından istifadənin qiymətləndirilməsi
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/112Açar sözlər
Gənc əmək ehtiyatları, demoqrafik divident, məşğulluq dinamikası, insan kapitalı, əmək bazarı, rəqəmsal transformasiya, NEET gənclər, struktur işsizliyi, qeyri-neft sektoru.Xülasə
Məqalədə Azərbaycanın gələcək iqtisadi modelinin əsasını təşkil edən gənc əmək ehtiyatlarının cari vəziyyəti, onların sahələr üzrə paylanma dinamikası və bu resurslardan istifadənin səmərəliliyi araşdırılır. Tədqiqat göstərir ki, Azərbaycan hələ də “demoqrafik divident” mərhələsindədir. Ölkə əhalisinin təxminən 2,3 milyonunu təşkil edən gənclər (14-29 yaş) iqtisadiyyatın ən dinamik və innovasiyaya meyilli qüvvəsidir. Lakin, son beş ilin statistik mənzərəsi gənc əhalinin sayında cüzi azalma tendensiyasını və eyni zamanda iqtisadiyyatın struktur transformasiyasına uyğun olaraq gənclərin məşğulluq meyillərinin dəyişdiyini ortaya qoyur.
Qiymətləndirmənin ən mühüm istiqamətlərindən biri gənc işçi qüvvəsinin ənənəvi sektorlardan müasir xidmət və texnologiya sahələrinə keçididir. Əgər 2021-ci ildə gənclərin böyük hissəsi kənd təsərrüfatı və aşağı ixtisaslı əmək tələb edən sahələrdə cəmləşmişdisə, 2025-ci ilə doğru İKT, rabitə, maliyyə və müasir xidmət sektorunda çalışan gənclərin payında kəskin artım müşahidə olunur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma layihələri gənclərin tikinti və mühəndislik sahələri üzrə regionlara axınını təmin edərək, regional əmək bazarı disbalansını müəyyən dərəcədə kompensasiya etmişdir.