Azərbaycanda günəş enerjisindən istifadə imkanları
DOI
https://doi.org/10.36719/2707-9317/116/121-130Açar sözlər
bərpa olunan enerji, yaşıl enerji, potensial enerji, günəş panelləri, külək turbinləri, Azərbaycanın potensial enerjisi, alternativ enerjinin dünya təcrübəsi.Xülasə
Ənənəvi enerji vasitələrindən istifadə dünyada çirklənmə problemlərinə yol açmışdır və nəticədə yeni enerji vasitələrinin axtarılmasına artıq başlanılmışdır. Bu baxımdan, bərpa olunan enerji resursları son dərəcə vacib və həlledici həll yolu kimi görünməkdədir. Qloballaşan dünyada bərpa olunan enerjilərdən istifadə iki əsas komponenti özündə ehtiva edir. Birincisi, iqlim dəyişikliyinin qarşısını almaq, ikincisi, dünyada çirklənmə səviyyəsini minimuma endirmək.
Beləliklə, bərpa olunan enerji ilə bizlər daha çox enerjiyə qənaət edə və daha yaxşı mühit yarada bilərik. Son iki onillikdə ətraf mühitlə bağlı daha çox problemlər yaranmıdır. Enerji istehlakının artması səbəbindən dünya əhalisi alternativ enerji mənbələrindən istifadəyə keçməlidir. Azərbaycan 2000-ci illərdən bəri bərpa olunan enerji sektorunun inkişafı üçün əhəmiyyətli investisiyalar yatırmaqdadır. Nəticədə Azərbaycan 2008-ci ildə IRENA-ya üzv olmuşdur. Bundan əlavə, burada alternativ enerji mənbələri geniş yayılmışdır.
Ölkənin təbii coğrafi şəraiti, günəşli günlərin sayı, eləcə də kifayət qədər illik küləyin sürəti bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üçün geniş imkanlar açmaqdadır. Məqalənin əsas məqsədi dünyanın yaşıl enerji təcrübəsindən istifadə edərək, Azərbaycanda bərpa olunan enerji potensialını araşdırmaqdır.