Struktur transformasiya şəraitində kadr hazırlığı problemləri
DOI
https://doi.org/10.67304/2707-9317/2026-2/38-46Açar sözlər
kadr hazırlığı, əmək bazarı, ali təhsil, peşə təhsili, ixtisas qrupları, məşğulluq, struktur dəyişikliklərXülasə
Məqalədə struktur transformasiya şəraitində kadr hazırlığının əsas problemlərindən bəhs olunur. Bilik iqtisadiyyatının və texnologiyaların yüksək inkişaf mərhələsinə çatdığı indiki dövrdə milli iqtisadiyyat üçün müasir bacarıqlara malik ixtisaslı kadrların hazırlanması ən əhəmiyyətli məsələlərdən biri kimi təqdim edililir. Xüsusilə də struktur transformasiya şəraitində əmək bazarının inkişaf meyllərinə uyğun keyfiyyətdə və lazımi sayda kadr hazırlığının reallaşdırılmasının vacibliyi qeyd edilir.
Bu məqsədlə məqalədə mütəxəssis hazırlığında müasir tendensiyalar araşdırılmış, peşə, orta ixtisas və ali təhsil müəssisələrində kadr hazırlığı istiqamətlərindəki dəyişiklilər təhlil edilmişdir. Burada həmçinin Dünya İqtisadi Forumun İşlərin gələcəyi haqqında 2025-ci ildə hazırladığı hesabatda tələbatın artacağı və sıradan çıxması ehtimal edilən peşələr barədə proqnoz hesabatlarına diqqət yetirilmişdir. Yekunda respublikamızda kadr hazırlığındakı əsas problemlər təsnifləşdirilərək həlli yolları göstərilmişdir.