Rəqəmsallaşma şəraitində əmək bazarının transformasiyası və onun qiymətləndirilməsi istiqamətləri

Müəlliflər

  • Əvəz Səfərli Müəllif

DOI

https://doi.org/10.67304/2707-9317/2026-2/116-123

Açar sözlər

rəqəmsallaşma, əmək bazarı, məşğulluq, rəqəmsal bacarıqlar, platforma iqtisadiyyatı.

Xülasə

Məqalədə rəqəmsal transformasiyanın əmək bazarına təsir mexanizmləri nəzəri və tətbiqi müstəvidə təhlil edilir. Tədqiqatın məqsədi rəqəmsallaşmanın məşğulluğun strukturuna, yeni və itən peşələrin formalaşmasına, rəqəmsal bacarıqların iqtisadi dəyərinə, platforma iqtisadiyyatı və frilans məşğulluq münasibətlərinə, eləcə də dövlət tənzimlənməsi və təhsil sisteminin uyğunlaşdırılması məsələlərinə təsirini qiymətləndirməkdən ibarətdir.

Metodoloji əsas kimi müqayisəli-statistik təhlil, dinamika təhlili, indeksləşdirmə və məzmun təhlili yanaşmalarından istifadə edilmişdir. Burada rəqəmsallaşma və əmək bazarı göstəriciləri müqayisəli şəkildə təhlil edilmiş və indeks qrafiki hazırlanmışdır. Təhlil göstərir ki, ölkədə internetdən istifadə, sabit və mobil genişzolaqlı qoşulma, İKT sektorunun məhsul buraxılışı və əlavə dəyəri artdıqca əmək bazarında həm məşğulluğun keyfiyyət komponenti güclənir, həm də əməkhaqqı dinamikası sürətlənir. Bununla yanaşı, rəqəmsallaşma aşağı ixtisaslı və təkrarlanan əmək fəaliyyətinə böyük təzyiq göstərir, peşə qütbləşməsi riskini artırır və davamlı bacarıq yenilənməsini zəruri edir. Məqalədə rəqəmsal əmək bazarının inklüziv və məhsuldar inkişafı üçün yeni istiqamətləri də əsaslandırılır.

Yayımlanıb

2026-07-28