Struktur transformasiya şəraitində kadr hazırlığı problemləri

Müəlliflər

  • İntizar Qurbanova AR ETN İqtisadiyyat İnstitutu Müəllif

DOI

https://doi.org/10.67304/2707-9317/2026-2/38-46

Açar sözlər

kadr hazırlığı, əmək bazarı, ali təhsil, peşə təhsili, ixtisas qrupları, məşğulluq, struktur dəyişikliklər

Xülasə

Məqalədə struktur transformasiya şəraitində kadr hazırlığının əsas problemlərindən bəhs olunur. Bilik iqtisadiyyatının və texnologiyaların yüksək inkişaf mərhələsinə çatdığı indiki dövrdə milli iqtisadiyyat üçün müasir bacarıqlara malik ixtisaslı kadrların hazırlanması ən əhəmiyyətli məsələlərdən biri kimi təqdim edililir. Xüsusilə də struktur transformasiya şəraitində əmək bazarının inkişaf meyllərinə uyğun keyfiyyətdə və lazımi sayda kadr hazırlığının reallaşdırılmasının vacibliyi qeyd edilir.

Bu məqsədlə məqalədə mütəxəssis hazırlığında müasir tendensiyalar araşdırılmış, peşə, orta ixtisas və ali təhsil müəssisələrində kadr hazırlığı istiqamətlərindəki dəyişiklilər təhlil edilmişdir. Burada həmçinin Dünya İqtisadi Forumun İşlərin gələcəyi haqqında 2025-ci ildə hazırladığı hesabatda tələbatın artacağı və sıradan çıxması ehtimal edilən peşələr barədə proqnoz hesabatlarına diqqət yetirilmişdir. Yekunda respublikamızda kadr hazırlığındakı əsas problemlər təsnifləşdirilərək həlli yolları göstərilmişdir.

Yayımlanıb

2026-07-28