İqtisadi sistemlərin səmərəlilik və ədalətsizlik böhranı

Authors

  • anar abbasov Azerbaycan Dövlət İqtisad Universiteti Author
  • Fuad Abbasoğlu Author

DOI:

https://doi.org/10.36719/2519-8149/2026-1/92

Keywords:

İştirakçı iqtisadiyyat, iqtisadi səmərəlilik, bölüşdürücü ədalət

Abstract

Tədqiqatın əsas müxtəlif iqtisadi sistemlərdə mövcud olan modellərin iqtisadi səmərəlilik və bölüşdürücü ədalət kontekstində uğursuzluqlarını təhlil etmək və alternativ olaraq “İştirakçı Iqtisadiyyat Modelinin” (Participatory Economy-Parecon) institusional imkanlarını qiymətləndirməkdir. Tədqiqatda müqayisəli iqtisadi analiz, Pareto səmərəliliyi meyarları və sinfi struktur analizi metodlarından istifadə edilmişdir. Sistemlərin tənqidi təhlili zamanı institusional iqtisadiyyatın təməl prinsipləri əsas götürülmüşdür. Müəyyən edilmişdir ki, ənənəvi modellər kənar təsirləri (externalities) və koordinator sinfinin hegemonluğunu həll edə bilmir. Parecon modelinin təklif etdiyi “tarazlaşdırılmış iş kompleksləri” və “iştirakçı planlaşdırma” mexanizmlərinin iqtisadi qərarlarda səmərəliliyi artıra biləcəyi və gəlir bərabərsizliyini kökündən ləğv etdiyi nəzəri olaraq sübut edilmişdir. Tədqiqatın orijinallığı iqtisadi demokratiyanın rəqəmsal texnologiyalarla sintezində və kooperativ idarəetmə üçün yeni bir metodoloji çərçivə təqdim etməsindədir. Nəticələr dövlət siyasətində iştirakçı büdcələşmə və iş yeri demokratiyasının tətbiqi üçün konseptual baza rolunu oynayır.

Published

2026-04-01