Rəqəmsallaşmanın beynəlxalq ticarətdə rolu
DOI:
https://doi.org/10.36719/2519-8149/2026-1/91Keywords:
rəqəmsallaşma, beynəlxalq ticarət, rəqəmsal iqtisadiyyat, e-ticarət, qloballaşma.Abstract
Müasir dövrdə rəqəmsallaşma beynəlxalq ticarətin inkişafında həlledici amillərdən biri kimi çıxış edir. Rəqəmsal texnologiyaların tətbiqi ticarət proseslərinin sürətlənməsinə, əməliyyat xərclərinin azalmasına və bazarlara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Qlobal iqtisadiyyatda e-ticarət platformaları, rəqəmsal ödəniş sistemləri, blockchain texnologiyaları və logistika sahəsində innovativ həllər beynəlxalq ticarətin strukturunu əhəmiyyətli dərəcədə transformasiya edir. Aparılan analitik yanaşmalar göstərir ki, rəqəmsallaşma ölkələrin qlobal bazarda rəqabət qabiliyyətini artırmaqla yanaşı, beynəlxalq ticarət münasibətlərində yeni institusional mexanizmlərin formalaşmasına səbəb olur. Bu baxımdan, rəqəmsallaşma beynəlxalq ticarətin davamlı inkişafında strateji rol oynayır.