Monetar siyasət və iqtisadi dayanıqlılıq arasında əlaqənin nəzəri-konseptual əsasları: Azərbaycan kontekstində institusional baxış

Authors

  • Altay Mahmudov Azerbaijan State University of Economics image/svg+xml Author

DOI:

https://doi.org/10.67304/2707-9317/2026-2/85-92

Keywords:

monetar siyasət, iqtisadi dayanıqlılıq, transmissiya mexanizmi, maliyyə sabitliyi, Azərbaycan iqtisadiyyatı.

Abstract

Məqalənin məqsədi monetar siyasət və iqtisadi dayanıqlılıq arasında qarşılıqlı əlaqənin nəzəri-konseptual əsaslarını sistemləşdirmək və bu əlaqənin Azərbaycan iqtisadiyyatı üçün institusional əhəmiyyətini izah etməkdir. Tədqiqat keyfiyyət xarakterli olub, nəzəri ədəbiyyatın sintezi və Azərbaycan üzrə institusional kontekstin təsviri-analitik təhlilinə əsaslanır. İqtisadi dayanıqlılıq şoklara müqavimət, uyğunlaşma və bərpa qabiliyyəti kimi şərh olunur; monetar siyasətin bu prosesdəki rolu isə transmissiya mexanizmləri, qiymət sabitliyi, maliyyə sabitliyi və gözləntilərin idarə olunması kontekstində araşdırılır. Məqalədə pul təklifi, faiz dərəcəsi, kredit, məzənnə və gözləntilər kanallarının iqtisadi sistemin dayanıqlılığına təsir istiqamətləri ümumiləşdirilir. Azərbaycan kontekstində monetar siyasətin əhəmiyyəti neft qiymətləri, məzənnə dəyişkənliyi, inflyasiya təzyiqləri və bank sektorunun maliyyə vasitəçiliyi funksiyası ilə əlaqələndirilir. Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, monetar siyasət yalnız qiymət sabitliyinin təmin edilməsi vasitəsi deyil, həm də iqtisadi sistemin şoklara qarşı adaptasiya qabiliyyətini gücləndirən institusional mexanizmdir. Azərbaycan nümunəsində monetar siyasətin və onun ötürülmə mexanizminin effektivliyi iqtisadiyyatın diversifikasiyası, maliyyə və bank sektorunun dayanıqlılığı, qiymət və məzənnə sabitliyi, eləcə də makroiqtisadi dayanıqlılığın təmin edilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

Published

2026-07-28