Müəlliflər üçün məlumat

Jurnalımıza məqalə göndərməyi düşünürsünüzsəJurnal Haqqında linki vasitəsilə Jurnal nəşr politikası və Müəllif Bələdçisi'ni əldə edə bilərsiniz. Müəlliflər jurnala məqalə göndərməzdən etmədən əvvəl register üzv olmalıdırlar. Məqalə prosesi Üzv girişi linki vasitəsilə 7 addımda həyata keçirilir.

“İqtisadi artım və ictimai rifah” jurnalında məqaləsinin dərc olunmağını istəyən müəlliflər üçün təlimatlar

1. Ümumi müddəalar

“İqtisadi artım və ictimai rifah” jurnalına təqdim olunan əlyazmalar iqtisadiyyat, sosial rifah, iqtisadi inkişaf, idarəetmə, tətbiqi iqtisadiyyat, regional inkişaf, statistik-iqtisadi təhlil və digər əlaqəli sahələr üzrə elmi araşdırmaların nəticələrini əks etdirməlidir.

Müəlliflər təqdim etdikləri məqalənin orijinallığına, elmi yeniliyinə, dil və üslub baxımından düzgünlüyünə, struktur və formal tələblərə tam uyğunluğuna görə tam məsuliyyət daşıyırlar.

Müəlliflər üçün məlumat

1. Jurnala məqalələr azərbaycan, rus, ingilis dillərində qəbul edilir.

2. Jurnala təqdim edilən məqalələrin quruluşu:

-  müəllif haqqında məlumat (A.S.A (tam açıq şəkildə), elmi dərəcə, təmsil etdiyi müəssisə, ünvan (poçt indeksi, ölkə, şəhər, küçə)), ORCID nömrəsi, elektron poçt ünvanı – sağdan qeyd edilməli;

-  Məqalənin adı (12 sözə qədər) – mərkəzdən, böyük hərflərlə yazılmalı;

-  Məqalənin yazıldığı dildə «Xülasə» (100-200 söz);

-  Məqalənin yazıldığı dildə «Açar sözlər» (6-8 söz);

-  UOT nömrə - soldan qeyd edilməli;

-  Məqalənin mətni;

-  İstifadə edilmiş ədəbiyyat siyahısı (10-15 mənbə);

-  Məqalənin yazıldığı dildən əlavə 2 dildə  «Xülasə» və  «Açar sözlər» (hər ikisində müəllif haqqında məlumat və məqalənin adı göstərilməli).

Xülasədə tədqiqatın məqsədi, metodologiyası, tətbiqi əhəmiyyəti, nəticələri, orijinallığı və elmi yeniliyi qısa şəkildə əks etdirilməlidir.

3. Məqalənin mətninin quruluşu.

Məqalə aşağı hissələrdən ibarət olmalıdır.

·      Giriş

·      Əsas mətn (lazım gəldikdə yarımbaşlıqlarla; yarımbaşlıqlar soldan qalın şriftlərlə)

·      Nəticə

  Nəticə hissəsində tədqiqatın əsas elmi nəticələri ümumiləşdirilmiş formada təqdim edilməlidir.

4. Mətninin texniki tərtibi.

-   Format: – A4;

-   Şrift: Times New Roman  - 12 şrift;

-   Sətirarası interval -1;

-   Həcmi- 9-13 səhifə;

-   Kənar boşluqlar: sol – 2 sm; sağ – 2 sm; aşağıdan – 3 sm; yuxarıdan – 3 sm;

Cədvəllər, şəkillər, diaqramlar, sxemlər və qrafiklər rəngli və yüksək keyfiyyətli olmalıdır.

Cədvəllərin və diaqramların adları və sıra sayları cədvəlin üst tərəfində, şəkillərin,  sxemlərin, qrafiklərin, adları və sıra sayları isə şəklin altında yazılmalıdır.

5. Məqalələrin təqdim edilməsi:

Məqalələr jurnalın rəsmi saytında www.egswjournal.az  qeydiyyatdan keçməklə təqdim edilir.

Müəllif məqalənin unikallığına, daha öncə digər nəşriyyatda nəşr edilmədiyinə və yaxud digər nəşriyyata çap üçün təqdim edilmədiyinə görə tam məsuliyyət daşıyır.

Məqalənin nəşri üçün müəyyən edilmiş ödəniş köçürmə və ya nağd yolla həyata keçirilir.

Qeyd: Fəlsəfə doktoru proqramı üzrə doktoranturada və yaxud dissertanturada təhsil alan müəlliflər, məqaləni təqdim edərkən məqaləyə elmi rəhbərin rəyi mütləqdir!

6. Ədəbiyyat siyahısının tərtibatı.

·      Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. üstünlük verilməlidir.

·      Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Dissertasiyaların tərtibi qaydaları» barədə qüvvədə olan təlimatının «İstifadə edilmiş ədəbiyyat» bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməli.

·      Məqalənin mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. Məsələn: [115, s.32-33].

Redaksiyaya daxil olan bütün məqalələr antiplagiat proqramında yoxlanılır  Plagiat aşkar edildiyi halda  məqalə  çapa qəbul edilmir.  

Hər məqalə iki anonim rəyçi tərəfindən qiymətləndirilir və rəy forması ən geci bir ay müddətində redaksiyaya təqdim edilir.

7. Məqalənin dərci 100 manat təşkil edir. (İnstitutun elmi əməkdaşları və doktorantları istisna olmaqla)