Qızıl mədən sənayesində innovativ həllər

Müəlliflər

  • Ellada Xankişiyeva Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2025-4/99

Açar sözlər

qızıl, innovasiya, sianidləşdirmə, tiosulfat texnologiyası, nanotexnologiya, süni intellekt, ekoloji təhlükəsizlik

Xülasə

Məqalədə yüksək keyfiyyətli filiz ehtiyatlarının tükənməsi və hasilatın mürəkkəbləşməsi ilə bağlı qızıl mədən sənayesinin müasir problemləri araşdırılır. Ənənəvi texnologiyaların məhdudiyyətləri təhlil edilir və nanotexnologiyalar, rəqəmsallaşma və süni intellekt kimi innovativ həllər təqdim olunur. Qızılın hasilatı proseslərinin səmərəliliyinin, təhlükəsizliyinin və ekoloji dayanıqlılığının artırılmasında innovasiyaların vacibliyi vurğulanır.

Yayımlanıb

2026-01-21