Azərbaycanda inklüziv sosial müdafiənin təmin edilməsi yolları
DOI
https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/87Açar sözlər
inklüziv sosial müdafiə, sosial müavinət, ÜDSY, yoxsulluq, qeyri-formal məşğulluq, təqaüdXülasə
Məqalədə Azərbaycanda inklüziv sosial müdafiə sisteminin formalaşdırılması və inkişaf etdirilməsi yolları araşdırılmışdır. Bu sahə ilə bağlı Beynəlxalq təşkilatların hesabat sənədlərində əksini tapan əsas nəzəri çərçivələr nəzərdən keçirilmiş, inklüziv sosial müdafiənin konseptual əsasları şərh edilmişdir. Azərbaycanda son illərdə sosial müdafiə sahəsində aparılan institusional və hüquqi islahatların inklüzivliyə təsiri dəyərləndirilmişdir. Ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsinin inklüzivliyin artırılmasında mühüm alət olması əsaslandırılır. Əhalinin sosial müdafiə proqramlarına çıxış imkanlarında mövcud olan bərabərsizliklər əsas problemlərdən biri kimi qeyd olunur. İnklüziv sosial müdafiənin təmin edilməsi ilə bağlı təkliflər formalaşdırılmışdır.