AZƏRBAYCANDA ELM VƏ TEXNOLOGIYAYA DÖVLƏT XƏRCLƏRININ DAYANIQLILIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • Tanrıverdi Paşa AR ETN İqtisadiyyat İnstitutu Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2025-4/65

Açar sözlər

dövlət büdcəsi, elm və texnologiya xərcləri, ÜDM, texnoloji innovasiya xərcləri

Xülasə

Elm və texnologiyaya yönəldilən dövlət xərcləri ölkənin innovasiya potensialını və rəqabət qabiliyyətini artırmaqla yanaşı, iqtisadi diversifikasiya və uzunmüddətli inkişaf üçün baza rolunu oynayır (OECD, 2021). Azərbaycan nümunəsində bu xərclərin səviyyəsi və dayanıqlılığı son onillikdə iqtisadi siyasət və sənaye modernləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Elmi tədqiqat və konstruktor işlərinə (ETKİ) xərclərin dövlət büdcəsinə və ÜDM-ə (ümumi daxili məhsula) olan nisbəti ölkənin elmi-texnoloji inkişaf səviyyəsini göstərən mühüm indikatorlardır. Bu göstəricilər həm milli innovasiya sistemlərinin qiymətləndirilməsində, həm də beynəlxalq müqayisələrdə geniş istifadə olunur.

2020–2023-cü illərdə Azərbaycanda dövlət büdcəsindən iqtisadiyyat sahəsinə ayrılan vəsaitlər 69,5% artaraq 5044,4 milyon manatdan 8553,0 milyon manata çatmışdır (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi [ARNMN], 2021, 2022, 2023, 2024). Lakin bu dövrdə ÜDM-in artması fonunda iqtisadiyyat xərclərinin ÜDM-dəki payı 2020-ci ildəki 6,97%-dən 2022-ci ildə 5,43%-ə qədər azalmış, yalnız 2023-cü ildə müəyyən qədər yüksələrək 5,85%-ə çatmışdır.

Yayımlanıb

2026-01-21