Təhsilə İnvestisiyanın İqtisadi və Sosial Gələcəyə Təsiri – Dövlət Büdcəsinə Uzunmüddətli Perspektivlər
DOI
https://doi.org/10.36719/2707-9317/116/80-85Açar sözlər
təhsil, investisiya, iqtisadi inkişaf, sosial rifah, dövlət büdcəsiXülasə
Bu məqalə, təhsilə investisiyanın iqtisadi və sosial gələcəyə təsirini ətraflı təhlil edir. Dövlətlərin təhsilə ayırdıqları vəsait insan kapitalının inkişafına, innovasiya proseslərinin sürətlənməsinə və ümumi iqtisadi artımın dəstəklənməsinə şərait yaradır. Araşdırmalar göstərir ki, yüksək təhsil səviyyəsi əmək bazarına daha səmərəli inteqrasiya, işsizlik səviyyəsinin azalması və vergi gəlirlərinin artması ilə nəticələnir. İnkişaf etmiş ölkələrdə ali təhsil almış şəxslərin işsizlik faizi nisbətən aşağı olur, bu isə dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirir. Eyni zamanda, təhsilin yüksəlməsi sosial xərclərin azalmasına və pensiya sistemlərinin dayanıqlığının təmin olunmasına kömək edir. Məqalə, müxtəlif ölkələrdə təhsilə ayrılan vəsaitin ÜDM-dəki payını müqayisəli şəkildə təqdim edərək, investisiyaların uzunmüddətli perspektivdə dövlət büdcəsinə və iqtisadi inkişafa olan müsbət təsirini vurğulayır. Nəticə etibarilə, təhsilə investisiyanın artırılması dövlət siyasətində prioritet mövzu olmalı, çünki bu addım həm qısa, həm də uzunmüddətli sosial-iqtisadi faydalar təmin edir və ölkələrin dayanıqlı inkişafına zəmin yaradır.