Hədəfli maliyyə sanksiyalarına nəzarətin banklarda səmərəliliyin yüksəldilməsi

Müəlliflər

  • Zöhr Babazadə, aspirant, AR ETN İqtisadiyyat İnstitutu Müəllif

DOI

https://doi.org/10.36719/2707-9317/117/135-142

Açar sözlər

maliyyə monitorinq, risk əsaslı yanaşma, sanksiya

Xülasə

Hədəfli Maliyyə sanksiyaları terrorçuluğun maliyyələşdirilməsi həmçinin kütləvi qırğın silahlarının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi həmçinin Birləşmiş Millətlər təşkilatı üzrə Təhlükəsizlik şurasının qətnamələri əsasında sanksiya tətbiq edilməli fiziki və ya hüquqi şəxsləri siyahılarından ibarətdir.  Bu tədbirlər həmin sanksiya siyahılarında olan şəxslər maliyyə müəssisələri tərəfindən aşkar edildiyi təqdirdə barələrində aktivlərin və hesabların dərhal bağlanaraq, işgüzar münasibətlərə dərhal xitam verilməsini tələb edir.  Maliyyə müəssisələri isə öz növbəsində qeyd olunan şəxsləri öz müştəri bazalarında müəyyən etməklə, müvafiq tədbirləri təxirəsalınmaz şəkildə həyata keçirməlidir. Müştərilərin və əməliyyatların effektiv formada və zamanında araşdırılmaması və ya aşkar edilməməsi müəsissələri sanksiya, reputasiya və müxtəlif risklər qarşısında qoymaqla, məsələnin önəmini vurğulayır. Nəzarətin effektiv tətbiqi risk əsaslı yanaşmanın əsas prinsiplərindən biri olmaqla maliyyə müəssisələri üçün əsas tələblərdən biridir.

Yayımlanıb

2025-09-30