Kənd təsərrüfatı subsidiyaları mexanizmində əkin əmsallarının müəyyən edilməsinə metodiki yanaşmalar
DOI
https://doi.org/10.36719/2707-9317/117/42-57Açar sözlər
aqrar subsidiyalar, əkin əmsalı, səmərəlilik indeksi, diferensiallıq, ünvanlılıq, aqrar siyasət, beynəlxalq təcrübə, səmərəlilik.Xülasə
Tədqiqatın məqsədi - aqrar sahədə subsidiyalaşdırma sistemini elmi-nəzəri və metodoloji baxımdan təhlil etmək, səmərəlilik göstəricilərinə əsaslanan yeni yanaşmalar (əkin əmsalı və səmərəlilik indeksi) işləyib hazırlamaq və praktiki tətbiq imkanlarını qiymətləndirməkdir.
Tədqiqatın metodologiyası - araşdırmada statistik məlumatlar əsasında analitik və müqayisəli təhlil aparılmış, beynəlxalq təcrübə (AB, ABŞ, Çin, Türkiyə və digər ölkələr) nəzərdən keçirilmiş, həmçinin müəllif tərəfindən işlənmiş riyazi modellərdən – əkin əmsalı və səmərəlilik indeksindən istifadə olunmuşdur.
Tədqiqatın praktik əhəmiyyəti - təqdim olunan nəticələr aqrar siyasətin optimallaşdırılmasında, subsidiya mexanizmlərinin ünvanlılıq, diferensiallıq və innovativlik prinsipləri üzrə təkmilləşdirilməsində, həmçinin fermerlər, dövlət qurumları və tədqiqatçılar üçün praktik əhəmiyyət kəsb edir.
Tədqiqatın nəticələri - tədqiqat göstərmişdir ki, mövcud subsidiya sistemi kənd təsərrüfatında inkişafı stimullaşdırsa da, resurslardan istifadədə qeyri-bərabərliklər qalmaqdadır. Müəllifin təqdim etdiyi modellər subsidiyaların səmərəliliyini qiymətləndirməyə və optimal bölgüsünü müəyyən etməyə imkan verir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə ilk dəfə olaraq subsidiyaların səmərəliliyinin qiymətləndirilməsi üçün əkin əmsalı və səmərəlilik indeksi modelləri işlənmiş, həmçinin subsidiya formalarının (sabit, dinamik, diferensial və ünvanlı) müəllif yanaşmasına əsaslanan təsnifatı təklif olunmuşdur.