Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı problemləri

Müəlliflər

  • İ.ü.f.d, dos. Müşfiqə Məmmədova Müəllif

DOI

https://doi.org/10.36719/2707-9317/117/33-41

Açar sözlər

kənd təsərrüfatı, istehsal, topdan satış, qiymət dalğalanmaları, bazar infrastrukturu, logistika, ixrac

Xülasə

Məqalədə 2020-2024-cü illər üzrə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi və topdan satış qiymətlərinin elmi təhlili verilmişdir. Tədqiqatda məhsul istehsalındakı dalğalanmaların səbəblərini, bazar tələbi, logistika və ixrac imkanları kontekstində qiymətləndirilmişdir. Topdan satış qiymətləri və istehsal həcmi arasındakı əlaqələr araşdırılmış, qiymətlərdəki qeyri-sabitliyinin istehsalçı gəlirlərinə təsiri müəyyən edilmişdir. Məqalədə həmçinin bazar infrastrukturunun və logistika mexanizmlərinin kənd təsərrüfatı məhsullarının dövriyyəsinə və strateji planlaşdırmaya təsiri təhlil edilmişdir. Əldə olunan nəticələr əsasında daxili bazar planlaşdırmasının optimallaşdırılması, qiymət stabilliyi, logistika və satış şəbəkələrinin gücləndirilməsi və strateji məhsulların ixrac imkanlarının artırılması istiqamətində tövsiyələr verilmişdir.

Yayımlanıb

2025-09-30