Auditin səmərəliliyi: Müasir çağırışlar və perspektivli yanaşmalar
DOI
https://doi.org/10.36719/2707-9317/117/20-32Açar sözlər
audit, xidmət bazarı, səmərəlilik, hüquqi-metodoloji əsaslar, audit standartları.Xülasə
Auditin səmərəliliyi konsepsiyası müasir biznes mühitində böyük əhəmiyyət kəsb edir, o, subyektlərin və təşkilatların maliyyə hesabatlarının dürüstlüyünü, risklərin idarə olunmasını və ümumi idarəetmə effektivliyini müəyyənləşdirən əsas göstəricilərdən biridir. Səmərəli audit yalnız qanunvericilik tələblərinə uyğunluğun yoxlanılması ilə məhdudlaşmır, həm də maliyyə resurslarının optimal idarə edilməsinə, şəffaflığın təmin olunmasına və korrupsiya risklərinin azaldılmasına töhfə verir. Auditin səmərəliliyinin öyrənilməsi müasir iqtisadi və texnoloji dəyişikliklər fonunda daha da aktuallaşıb. Rəqəmsal texnologiyaların inkişafı, avtomatlaşdırılmış audit sistemlərinin tətbiqi və süni intellektin audit proseslərində istifadəsi yeni çağırışlar və imkanlar yaradır. Bu səbəbdən, auditin nəzəri və praktiki əsaslarının dərindən öyrənilməsi, onun metodoloji yanaşmalarının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması təşkilatların uzunmüddətli maliyyə dayanıqlığını və investisiya cəlbediciliyini artırmaq üçün vacibdir. Təqdim edilən məqalədə audit xidmətinin səmərəliliyi ilə bağlı araşdırmalar aparılır və bu konsepsiyaya müasir dövrün tələbləri baxımından yanaşılır. Məqalədə auditin səmərəliliyini təmin edən əsas amillər dəyərləndirilir, onlara müasir çağırışlar əsasında yanaşma zərurəti qabardılır. Həmçinin, auditin səmərəliliyi üzrə yanaşmalar normativ-hüquqi çərçivə ilə əlaqəli tədqiq olunur. Məqalədə auditin səmərəliliyi və onun təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış baxşlar irəli sürülür, mövcud nəzəri və metodoloji müddəaların yeni versiyada təqdimi təklif olunur.Yayımlanıb
2025-09-30
Nömrə
Bölmə
Articles