MƏDƏNİ–MƏNƏVİ DƏYƏRLƏRİN İQTİSADİ İNKİŞAFA TƏSİRİ: NƏZƏRİ VƏ EMPİRİK TƏDQİQATLARIN MÜQAYİSƏLİ TƏHLİLİ (XX-XXI ƏSRLƏR)
DOI
https://doi.org/10.36719/2519-8149/2025-4/35Açar sözlər
mənəvi dəyərlər, mədəniyyət, din, əxlaq, institusionalizm, sosial kapital, iqtisadi sosiologiya, iqtisadi inkişafXülasə
Tədqiqatın məqsədi: Tədqiqatın əsas məqsədi mənəvi dəyərlərin iqtisadi inkişafa təsirini çoxşaxəli nəzəri və empirik yanaşmalar əsasında sistemləşdirərək “mənəvi dəyərlər” anlayışının iqtisadi davranış və institusional sabitlik kontekstində analitik sərhədlərini müəyyənləşdirməkdir. Tədqiqat mövzunun həm dini-əxlaqi, həm də sosial-mədəni istiqamətlərdə necə təzahür etdiyini aydınlaşdırmaqla yanaşı, mənəvi dəyərlərin iqtisadi fəaliyyət və rifah göstəriciləri üzərindəki dolayı təsir mexanizmlərini müəyyən etməyi hədəfləyir.
Tədqiqatın metodologiyası: Metodoloji baxımdan tədqiqat sistematik ədəbiyyat icmalı və müqayisəli analiz yanaşmasına əsaslanmışdır. Ədəbiyyat icmalı vasitəsilə mənəvi və mədəni amillərin iqtisadi inkişafa təsirini araşdıran nəzəri və empirik tədqiqatlar qruplaşdırılmış, müqayisəli analiz üsulu ilə isə bu tədqiqatların yanaşma fərqləri, konseptual yaxınlıqları və metodoloji sərhədləri müəyyən edilmişdir.
Tədqiqatın originallığı və elmi yeniliyi: Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, o, mənəvi və mədəni dəyərləri yalnız dini və əxlaqi kontekstdə deyil, “mədəni-mənəvi proqram təminatı” anlayışı çərçivəsində iqtisadi fəaliyyətin davranışsal və institusional əsasları ilə birləşdirir. Bu yanaşma mədəni kodlar, sosial kapital və institusional mühit kimi mexanizmlər vasitəsilə mənəvi dəyərlərin iqtisadi inkişaf prosesində formalaşdırıcı rolunu analitik şəkildə göstərir.