Azərbaycan iqtisadiyyatında orta sinfin mövqeyi və möhkəmlənməsi istiqamətləri

Müəlliflər

  • Ceyhun Məmmədli İqtisadiyyat İnstitutu Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2025-4/21

Açar sözlər

Middle class, social welfare, income distribution, economic development

Xülasə

Bu məqalədə orta təbəqənin sosial-iqtisadi inkişafda rolu, beynəlxalq yanaşmalar və Azərbaycanın təcrübəsi tədqiq olunmuşdur. Orta təbəqənin formalaşmasında gəlir bölgüsü, istehlak imkanları, təhsil və sosial mobilliyin əhəmiyyəti diqqətə çatdırılmışdır. ABŞ, Skandinaviya ölkələri və Çin nümunələri əsasında müxtəlif modellərin üstünlükləri müqayisə edilmiş, Azərbaycanın iqtisadi artım, neft gəlirləri və dövlət investisiyaları nəticəsində yuxarı orta gəlirli ölkələr sırasında mövqeyindən araşdırılmışdır. Məqalədə həmçinin sosial rifah siyasətləri, minimum əməkhaqqı və pensiyaların artırılması, ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi orta təbəqənin möhkəmlənməsində əsas amillər kimi dəyərləndirilmişdir. Nəticə etibarilə, Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafı üçün orta təbəqənin qorunması və inkişaf etdirilməsi strateji əhəmiyyət kəsb edir.

Yayımlanıb

2026-01-21