Müasir iqtisadi layihələrin idarə olunmasının əsas xüsusiyyətləri
DOI
https://doi.org/10.67304/2707-9317/2026-2/77-84Açar sözlər
milli iqtisadiyyat, layihə, idarəetmə, davamlı inkişaf, investisiya, biznesXülasə
Müasir qloballaşan dünyada layihələrin strateji planlaşdırılması, icrası və nəzarəti üçün müasir rəqəmsal metodların tətbiqi zəruridir. Məqalədə innovativ yanaşmaların və effektiv inteqrasiyanın müəssisələrin rəqabət davamlılığını və investisiya gəlirliliyini təmin edən əsas amillər olduğu göstərilmişdir.
Müasir iqtisadi layihələrin idarə olunması qloballaşma, rəqəmsal transformasiya prosesləri şəraitində ciddi dəyişikliklərə məruz qalmışdır. Ənənəvi idarəetmə modelləri artıq dinamik iqtisadi mühitin tələblərinə cavab vermədiyi üçün, müəssisələr çevik metodlara və rəqəmsal idarəetmə sistemlərinə keçid edirlər. Bu keçid layihələrin icrası zamanı qarşıya çıxan gözlənilməz risklərə reaksiya verməyə və resurslardan maksimum səmərəli istifadə etməyə imkan yaradır.
Müasir yanaşmanın digər mühüm xüsusiyyəti dayanıqlı inkişaf modellərinin layihə strategiyalarına inteqrasiya olunmasıdır. Müqasir iqtisadi layihələrin uğuru təkcə maliyyə gəlirliliyi ilə deyil, həm də onların ekoloji və sosial təsirləri ilə müəyyən edilir. Bulud texnologiyaları və süni intellekt alətlərinin tətbiqi layihə üzrə göstəricilər arasında əlaqəni gücləndirir və insan amilindən qaynaqlanan səhvləri minimuma endirir.