Biznes sferasında riskə dayanıqlı alternativ iqtisadi qərarların qəbul edilməsinin xüsusiyyətləri
DOI
https://doi.org/10.67304/2707-9317/2026-2/93-100Açar sözlər
Biznes, risk, dayanıqlı, iqtisadi qərar, strateji idarəetmə, qiymətləndirmə, korporativ idarəetmə, investisiya, ssenari və s.Xülasə
Təqdim olunmuş məqalədə müasir biznes mühitinin dinamik dəyişiklikləri, qlobal qeyri-müəyyənliklər və risk faktorları fonunda alternativ iqtisadi qərarların qəbul edilməsinin konseptual əsasları tədqiq olunur. Məqalədə vurğulanır ki, müasir dövrdə şirkətlərin sağ qalması və inkişafı yalnız mövcud strategiyaların yenilənməsindən deyil, həm də mənfi xarici təsirlərə qarşı yüksək dözümlülük nümayiş etdirən çevik mexanizmlərin qurulmasından asılıdır. Həmçinin qeyd edilir ki, risklərin proqnozlaşdırılan təhlili vasitəsilə resursların səmərəli bölüşdürülməsi, maliyyə xərclərinin optimallaşdırılması və müştəri məmnuniyyətinin artırılması olduqca vacibdir.
Təqdim olunmuş məqalədə xüsusi diqqət rəqəmsal transformasiya proseslərinə yetirilərək, Süni intellekt və Big Data kimi texnologiyaların risklərin idarə edilməsində yeni perspektivlərə verilir. Azərbaycanın cari iqtisadi mənzərəsi kontekstində isə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası şəraitində riskə dayanıqlı yanaşmaların milli iqtisadi təhlükəsizliyin təməl daşı olduğu irəli sürülür. Məqalənin nəticə hissəsində qeyd olunur ki, ənənəvi tək ssenarili planlaşdırmadan imtina edərək çoxvariantlı alternativlər sisteminə keçid, müəssisələrə makroiqtisadi şoklar və regional geosiyasi dəyişikliklər zamanı strateji manevr imkanı qazandırır.