Şərq-qərb nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın investisiya siyasəti
DOI
https://doi.org/10.67304/2707-9317/2026-2/101-108Açar sözlər
investisiya siyasəti, Şərq–Qərb nəqliyyat dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, TITR (Orta Dəhliz), SOFAZ, beynəlxalq maliyyə institutları, nəqliyyat infrastrukturu.Xülasə
Bu məqalədə Azərbaycanın Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində həyata keçirdiyi investisiya siyasəti 2020–2025-ci illər üzrə empirik məlumatlar, müqayisəli analiz və çoxşaxəli maliyyə mənbələri əsasında tədqiq olunur. Araşdırma üç əsas elmi müddəanı əsaslandırır: Azərbaycanın nəqliyyat infrastrukturuna ÜDM-in təxminən 3%-i həcmində investisiya yönəltməsi; BTQ xəttinin yük daşıma qabiliyyətinin 5 milyon tona yüksəlməsi; investisiya mənbələrinin SOFAZ, beynəlxalq maliyyə institutları, özəl sektor və Çin sərmayələri arasında diversifikasiyası. Məqalədə həmçinin 2030-cu ilə qədər Şərq–Qərb dəhlizinin inkişaf perspektivləri üç fərqli ssenari əsasında müqayisəli şəkildə qiymətləndirilir.
Yayımlanıb
2026-07-28
Nömrə
Bölmə
Articles