Turizm sektorunun inkişafında iqtisadi azadlıq və institusional idarəetmə faktorlarının ekonometrik qiymətləndirilməsi

Müəlliflər

  • Ülkər Məmmədova AZ ETN İqisadiyyat İnstitutu Müəllif

DOI

https://doi.org/10.67304/2707-9317/2026-2/69-76

Açar sözlər

turizm sektoru, iqtisadi azadlıq, institusional idarəetmə, panel ekonometrik analiz, turizm gəlirləri, dövlət tənzimlənməsi, rəqabət qabiliyyəti

Xülasə

Məqalədə turizm sektorunun inkişafında iqtisadi azadlıq və institusional idarəetmə faktorlarının təsiri müqayisəli ekonometrik yanaşma əsasında qiymətləndirilmişdir. Tədqiqatın əsas məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan üzrə turizm fəaliyyətinin əsas iqtisadi göstəriciləri ilə iqtisadi azadlıq indikatorları arasındakı qarşılıqlı əlaqələrin müəyyən edilməsidir. Tədqiqat zamanı adambaşına turizm gəlirləri və turizm gəlirlərinin ÜDM-də payı turizm sektorunun əsas göstəriciləri kimi qəbul edilmişdir. Analiz zamanı World Bank, Fraser Institute, UN Tourism və World Economic Forum tərəfindən yayımlanan rəsmi statistik məlumatlardan istifadə edilmişdir. Tədqiqat 2004–2024-cü illəri əhatə edən panel məlumatlar bazası əsasında aparılmışdır. Ekonometrik qiymətləndirmə zamanı panel analiz və reqresiya metodlarından istifadə edilmişdir. Əldə olunan nəticələr göstərir ki, iqtisadi azadlıq səviyyəsinin yüksəlməsi turizm sektorunun iqtisadi göstəricilərinə müsbət təsir göstərir. Xüsusilə Gürcüstan üzrə modeldə institusional göstəricilərlə turizm gəlirləri arasında daha güclü əlaqə müşahidə edilmişdir. Azərbaycan üzrə aparılmış təhlillər isə son illərdə turizm sektorunda institusional və iqtisadi islahatların müsbət nəticələrinin formalaşdığını göstərir.

Yayımlanıb

2026-07-28