Azərbaycanda strateji insan resurslarının planlaşdırılması və idarə olunması: dövlət və özəl sektor təcrübələri
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/143Açar sözlər
Strateji insan resursları idarəçiliyi, insan kapitalı, dövlət və özəl sektor, kadr potensialı, motivasiya sistemi, rəqəmsal transformasiya, performans idarəetməsi.Xülasə
Azərbaycanda strateji insan resurslarının idarə olunması dövlət və özəl sektorda təşkilatların dayanıqlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Bu sahədə məqsəd əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması və inkişaf etdirilməsidir. Dövlət sektorunda islahatlar aparılsa da, çevik və innovativ yanaşmaların tətbiqi hələ də məhduddur. Effektiv motivasiya, performansın qiymətləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və təlim proqramlarının gücləndirilməsi bu sahənin əsas istiqamətləridir. Beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycanın vəziyyəti təhlil olunur və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi tövsiyə edilir. Ümumilikdə, rəqabətqabiliyyətli insan kapitalı üçün vahid milli strategiyanın hazırlanması vacib sayılır.