İndustrial kənd təsərrüfatı: Almaniya və ABŞ təcrübəsinin müqayisəli təhlili
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/142Açar sözlər
industrial kənd təsərrüfatı, aqrobiznes, məhsuldarlıq, Almaniya modeli, ABŞ kənd təsərrüfatı, rəqəmsal əkinçilik, kənd təsərrüfatı iqtisadiyyatıXülasə
Bu məqalədə industrial kənd təsərrüfatının inkişaf xüsusiyyətləri Almaniya və ABŞ nümunələri əsasında müqayisəli şəkildə təhlil edilir. Tədqiqatın əsas məqsədi sənayeləşmiş kənd təsərrüfatı modellərinin iqtisadi səmərəliliyini, məhsuldarlığa təsir mexanizmlərini və davamlı inkişaf kontekstində üstünlüklərini müəyyənləşdirməkdir. Məqalədə müqayisəli analiz, statistik qiymətləndirmə və vizual təhlil metodlarından istifadə olunmuşdur. Araşdırmanın nəticələri göstərir ki, Almaniyada kənd təsərrüfatı istehsalı daha çox intensivləşmə ilə yanaşı ekoloji tənzimləmələr və resurs səmərəliliyi prinsipləri əsasında formalaşır; ABŞ-da isə iri aqrobiznes strukturları və miqyas üstünlükləri vasitəsilə yüksək istehsal həcmi, rəqabətqabiliyyətli ixrac potensialı və bazar yönümlü istehsal modeli ön plana çıxır. Eyni zamanda, dövlət dəstəyi mexanizmləri, innovasiya və rəqəmsal texnologiyaların tətbiqi hər iki ölkədə məhsuldarlığın artımında mühüm rol oynayır. Müqayisə göstərir ki, Almaniya modelində ekoloji dayanıqlılıq və keyfiyyət standartları daha güclü olsa da, ABŞ modeli istehsalın miqyasına və bazar genişlənməsinə görə üstünlük əldə edir. Nəticələr sənayeləşmiş kənd təsərrüfatının inkişaf strategiyalarının seçilməsində ölkələrin resurs bazası, institusional mühit və davamlılıq prioritetlərinin həlledici əhəmiyyət daşıdığını təsdiqləyir.Yayımlanıb
2026-04-01
Nömrə
Bölmə
Articles