Azərbaycan iqtisadiyyatinda institusional modernləşmə və investisiya mühitinin reallaşma istiqamətləri
DOI
https://doi.org/10.67304/2707-9317/2026-2/146-155Açar sözlər
institusional islahatlar; institusional modernləşdirmə; investisiya iqlimi; iqtisadi azadlıq; qeyri-neft sektoru, investisiya mühitiXülasə
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafını təşviq etmək və xarici investisiyaları cəlb etmək üçün son illərdə geniş institusional islahatlar həyata keçirilir. Bu məqalədə institusional modernləşmənin investisiya mühitinə təsirləri təhlil edilir. Tədqiqatda 2015–2024-cü illərə aid makroiqtisadi məlumatlar və beynəlxalq indeks göstəriciləri istifadə olunmuş, SPSS proqramında iqtisadi-statistik və ekonometrik təhlillər aparılmışdır. Nəticələr göstərir ki, Azərbaycanda biznes mühiti indikatorları, o cümlədən, “Doing Business” reytinqi və iqtisadi azadlıq indeksi nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Dövlət idarəetməsinin səmərəliliyi kimi institusional göstəricilərdə müsbət dinamika müşahidə olunur, lakin korrupsiya ilə bağlı göstəricilər hələ də zəifdir. Eyni zamanda, investisiya qoyuluşlarının strukturu dəyişmiş, qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artmışdır. Ekonometrik təhlillərin nəticələrinə görə institusional islahatlar biznes mühitinin yaxşılaşmasına statistik əhəmiyyətli təsir göstərmişdir, lakin xarici investisiya axınlarında davamlı artımın əldə olunması üçün institusional keyfiyyətin daha da yüksəldilməsi tələb olunur. Məqalədə əldə olunan yeni nəticələr Azərbaycanda institusional modernləşmənin investisiya mühitinin yaxşılaşdırılmasındakı rolu haqqında qənaətləri gücləndirir və bu sahədə növbəti islahatların istiqamətini müəyyənləşdirmək baxımından praktik əhəmiyyət daşıyır.