2020-ci il pandemiyasının İKT-na təsirinin qiymətləndirilməsi
DOI
https://doi.org/10.36719/2707-9317/116/94-101Açar sözlər
İKT, kibertəhlükəsizlik, süni intellekt, böhran, iqtisadi inkişaf, texnoloji innovasiya.Xülasə
XXI əsrin əvvəllərində informasiya və kommunikasiya texnologiyaları (İKT) qlobal iqtisadiyyatın və cəmiyyətin inkişafında mühüm rol oynamağa başlamışdır. Xüsusilə, 2020-ci ildə COVID-19 pandemiyasının qlobal miqyasda yayılması İKT sektorunun əhəmiyyətini daha da artırmış, texnologiyanın iş, təhsil, ticarət və sosial sahələrdəki rolunu gücləndirmişdir.
Pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər və sosial təcrid tədbirləri bizneslərin, dövlət qurumlarının və fərdlərin rəqəmsal həllərə yönəlməsinə səbəb olmuşdur. Bu müddət ərzində onlayn platformalar, bulud texnologiyaları, süni intellekt və kiber təhlükəsizlik sahələrində ciddi irəliləyişlər müşahidə edilmişdir. Bununla yanaşı, pandemiya İKT sektorunun inkişafına müsbət təsir göstərsə də, bəzi çətinliklər də yaratmışdır. İstehsal zəncirindəki fasilələr, çip böhranı, kiberhücumların artması və rəqəmsal uçurumun dərinləşməsi pandemiya dövründə meydana çıxan əsas problemlərdən olmuşdur.
Bu araşdırmada 2020-ci il pandemiyasının İKT sektoruna təsiri hərtərəfli təhlil ediləcək, texnoloji innovasiyaların inkişaf dinamikası və iqtisadi sistemə təsiri öyrəniləcəkdir.