Azərbaycanın sənayesində iş qüvvəsinin hərəkəti və iş qüvvəsi axıcılığının müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi

Müəlliflər

  • Nicat Muradlı AR ETN Iqtisadiyyat Institutu Müəllif

DOI

https://doi.org/10.67304/2707-9317/2026-2/224-232

Açar sözlər

Açar sözlər: iş qüvvəsi, kadr axıcılığı, işə qəbul, işdən azad edilmə, əmək haqqı, əmək şəraiti, sənaye sektoru.

Xülasə

Məqalədə Azərbaycanın sənaye sahələrində 2020–2024-cü illər üzrə iş qüvvəsinin hərəkəti və kadr axıcılığının dinamikası rəsmi statistik məlumatlar əsasında təhlil edilir. Tədqiqat göstərir ki, sənayedə muzdla çalışanların sayı artsa da, işdən çıxma üzrə kadr hərəkəti əmsalı işə qəbul əmsalını üstələmiş, xüsusilə emal və su təchizatı sahələrində axıcılıq səviyyəsi yüksəlmişdir. İşdən çıxmaların əsas səbəbləri arasında öz arzusu ilə işdən ayrılma üstünlük təşkil edir ki, bu da əmək haqqı səviyyəsi, gender fərqləri və əmək şəraiti ilə bağlıdır. Orta aylıq nominal əmək haqqı sahələr üzrə kəskin fərqlənir; ən yüksək göstərici mədənçıxarma sənayesində, ən aşağı isə su təchizatı sahəsində müşahidə olunur. Qadın və kişilərin əmək haqları arasında əhəmiyyətli fərqlər mövcuddur. Eyni zamanda, bəzi müəssisələrdə qeyri-qənaətbəxş əmək şəraiti iş qüvvəsinin sabitliyinə mənfi təsir göstərir. Məqalədə iş qüvvəsinin sabitliyinin artırılması məqsədilə institusional və iqtisadi tədbirlər üzrə təkliflər irəli sürülür.

Yayımlanıb

2026-07-28