Azərbaycanda ali təhsil məzunlarinin məşğulluğu
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/110Açar sözlər
Açar sözlər: əmək bazarı, ali məktəb məzunları, məşğulluq, məzunların məşğulluq reytinqi, gender, işə düzəlmə müddəti, qeyri-dövlət sektoru, Azərbaycan.Xülasə
Xülasə: Tədqiqatın əsas məqsədi Azərbaycanda ali məktəb məzunlarının məşğulluğu üzrə əsas meyilləri təhsildən əməyə keçid kontekstində müəyyənləşdirmək və şərh etməkdir. Məqalədə məşğulluğun gender tərkibində dəyişikliklər, məzun iş yerlərinin sektorlar üzrə bölgüsü və ilk işə düzəlmə müddətinin xüsusiyyətləri araşdırılır. Tədqiqat indikatorların dinamikası və struktur dəyişmələrinin təsviri təhlilinə, habelə müqayisəli təhlil və məntiqi ümumiləşdirmə üsullarına əsaslanır. Nəticələr məzunların məşğulluğa inteqrasiyasının ümumən yaxşılaşdığını, qadın və kişi trayektoriyalarının tədricən yaxınlaşdığını və işəgötürənlər arasında qeyri-dövlət sektorunun dayanıqlı üstünlüyünü göstərir. İşə düzəlmə müddəti üzrə müşahidələr uzunmüddətli iş axtarışının azalmasına və erkən işə çıxışın artmasına işarə edir. Müəyyən edilən qanunauyğunluqlar məzunların yalnız məşğulluq faktının deyil, həm də ilk işə keçidin xüsusiyyətlərinin izlənməsinin əhəmiyyətini vurğulayır. Eyni zamanda, sektorlar üzrə fərqlərin saxlanması gənc mütəxəssislərin əmək bazarında yerləşməsi üçün institusional şərtlərin rolunu ön plana çıxarır. Məqalənin elmi yeniliyi ali məktəb məzunlarının iqtisadiyyatın dövlət və qeyri-dövlət sektorlarında işə düzəlmə müddətlərinin, məşğulluğun gender strukturunun və məzunların əməkhaqqı səviyyəsinin müqayisə edilməsindən ibarətdir.