Zəngəzur nəqliyyat dəhlizi regional iqtisadi inkişafın potensial amili kimi

Müəlliflər

  • Aybəniz Həşimli doktorantura Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2026-1/104

Açar sözlər

Zəngəzur dəhlizi, regional iqtisadi inkişaf, nəqliyyat infrastrukturu, tranzit potensialı, logistika səmərəliliyi, regional əməkdaşlıq

Xülasə

Məqalədə Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycanın regional iqtisadi inkişafında və nəqliyyat-logistika sisteminin transformasiyasında əhəmiyyəti araşdırılmışdır. Tədqiqatın əsas məqsədi dəhlizin regional bazarlara çıxış imkanlarının genişləndirilməsinə, nəqliyyat məsafələrinin qısaldılmasına, ticarət əlaqələrinin inkişaf etdirilməsinə və logistika səmərəliliyinin yüksəldilməsinə mümkün təsirlərinin elmi əsaslarla təhlil edilməsidir.

Araşdırma çərçivəsində post-münaqişə dövründə formalaşan nəqliyyat infrastrukturlarının yenidən qurulması və yeni marşrut istiqamətlərinin formalaşdırılması iqtisadi baxımdan qiymətləndirilmiş, Zəngəzur dəhlizinin Orta və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə inteqrasiyası imkanları ətraflı nəzərdən keçirilmişdir. Məqalədə rəsmi normativ sənədlərə, dövlət proqramlarına və beynəlxalq nəqliyyat konsepsiyalarına əsaslanaraq dəhlizin iqtisadi potensialı ilə yanaşı, onun həyata keçirilməsi prosesində mövcud olan məhdudiyyətlər də qiymətləndirilmişdir.

Tədqiqat nəticələri göstərir ki, Zəngəzur dəhlizi regional iqtisadi əlaqələrin şaxələndirilməsi və tranzit imkanlarının artırılması baxımından əhəmiyyətli üstünlüklər formalaşdırsa da, layihənin uzunmüddətli səmərəli fəaliyyəti maliyyə resurslarının səfərbərliyi, infrastruktur xərclərinin optimallaşdırılması və dövlətlərarası koordinasiya mexanizmlərinin gücləndirilməsi ilə birbaşa əlaqədardır. Bu səbəbdən dəhlizin reallaşdırılması yalnız nəqliyyat layihəsi olaraq deyil, regional əməkdaşlığın institusional əsaslarını möhkəmləndirən kompleks iqtisadi mexanizm kimi dəyərləndirilir.

Yayımlanıb

2026-04-01