Jurnal haqqında
«İqtisadi artım və ictimai rifah» jurnalı açıq girişli (jurnalın məzmunu ilə hər kəs sərbəst şəkildə faydalana bilər), resenziyalı elmi-praktiki jurnaldır. Jurnal Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun dövrü mətbuat orqanıdır. Jurnal 1999-cu ildə ilk olaraq “Müasir mərhələdə Azərbaycanın sosial-iqtisadi inkişafının əsas meylləri” adı ilə fəaliyyətə başlamış. 2002-ci ildə “Azərbaycanın iqtisadi problemləri. Perspektivləri, 2005-ci ildə “Milli iqtisadiyyatın problemləri”, 2009-cu ildə “Elmi əsərlər” adlarını daşımış və nəhayət, 2020-ci ildən etibarən “İqtisadi artım və ictimai rifah” adı ilə nəşr olunur. Jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr № 3402. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş «Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı»na daxil edilmişdir
Jurnalın ISSN nömrəsi - ISSN 2707-9309 (Print) ISSN 2707-9317 (Online)
«İqtisadi artım və ictimai rifah» jurnalı iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Jurnalda Azərbaycanda və dünyada makroiqtisadiyyat, iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafı, ətraf mühitin iqtisadiyyatı, aqrar iqtisadiyyat, bank işi, vergi, audit, menecment, marketinq, mühasibat uçotu, gömrük və digər iqtisadi məsələlər elmi-nəzəri baxımdan təhlilə cəlb olunur. Azərbaycanın, eləcə də dünyanın aparıcı iqtisadçı alimlərinin elmi nəzəriyyələrinə, bu nəzəriyyələrin həyatımızın müxtəlif sahələrinə tətbiqinin fundamental nəticələrinə, təklif və tövsiyələrinə geniş yer verilir.
Jurnal rübdə bir dəfə (ildə 4 dəfə - mart, iyun, sentyabr, dekabr) dərc edilir.
«İqtisadi artım və ictimai rifah» jurnalının redaksiyası - COPE (Committee on Publication Ethics) tərəfindən təsbit edilən nəşriyyat etikasına dair beynəlxalq standartlara riayət edir.
Jurnala nəşr üçün azərbaycan, rus və ingilis dillərində yerli və xarici alimlərin orijinal (daha öncə heç yerdə nəşr edilməyən və yaxud digər nəşriyyata çap üçün təqdim edilməmiş) məqalələri qəbul edilir.