Bank sistemində makroiqtisadi şokların absorbsiyası mexanizmlərinin nəzəri-metodoloji çərçivəsi

Авторы

  • Çingiz Məmmədli Автор

DOI:

https://doi.org/10.67304/2707-9317/2026-2/124-131

Ключевые слова:

Makroiqtisadi şoklar, bank sektoru, maliyyə sabitliyi, makroprudensial tənzimləmə, nəzəri icmal.

Аннотация

Müasir dövrdə qlobal iqtisadi qeyri-müəyyənliyin artması və makroiqtisadi şokların intensivləşməsi bank sektorunun dayanıqlılıq məsələsini və bu sahədəki nəzəri yanaşmaların yenidən qiymətləndirilməsini aktuallaşdırmışdır. Tədqiqatın əsas məqsədi bank sektorunda makroiqtisadi şokların və onların absorbsiyası mexanizmlərinin mövcud nəzəri-metodoloji və konseptual əsaslarını sistemli şəkildə araşdırmaq və qruplaşdırmaqdır. Məqalədə makro-faktoral risklərin endogen və ekzogen təbiətinə dair elmi yanaşmalar, "volatillik paradoksu" kontekstində bankların risk götürmə davranışları və tənzimləyici orqanların makroprudensial siyasət alətlərinin səmərəliliyinə dair mövcud ədəbiyyat icmal olunmuşdur. Tədqiqatın obyekti makroiqtisadi mühitdə bank sektorunun maliyyə sabitliyinin təmin olunması prosesləri, predmeti isə şokların udulması məqsədilə formalaşan absorbsiya mexanizmlərinin konseptual prinsipləridir. Metodologiya olaraq mövcud elmi ədəbiyyatın sistemləşdirilməsi, nəzəri konsepsiyaların müqayisəli analizi, induksiya və deduksiya metodlarından istifadə edilmişdir. Məqalədə makroiqtisadi şokların bank kapitalına və likvidliyinə təsir kanalları barədə elmi baxışlar ümumiləşdirilmiş və bu şokların hansı nəzəri şərtlər daxilində zəiflədilə biləcəyini izah edən konseptual çərçivə formalaşdırılmışdır. Aparılan nəzəri ümumiləşdirmələr banklarda risk menecmenti sistemlərinin modernləşdirilməsi və gələcək empirik tədqiqatların aparılması üçün fundamental elmi-nəzəri baza rolunu oynayır.

Опубликован

2026-07-28