E-hökumət və İKT sektorundakı REAL Gəlİrlərİn qeyrİ-səlİs modellər əsasında analİzİ
DOI:
https://doi.org/10.36719/2519-8149/2026-1/134Ключевые слова:
Qeyri-səlis zaman sırası, qeyri-səlis münasibətlər, trendin proqnozlaşdırılması, İKT, e-hökumət, İKT sektorunun investisiyaları.Аннотация
Ölkəmizdə e-hökumətin üstünlüklərini əyani sübut etmək məqsədi ilə e-hökumətin verdiyi gəlirlər qeyri-səlis məntiq konsepsiyası və metodlarlı ilə qiymətləndirilməsi və alınan nəticələr məlum nəticələrlə müqayisə edilməsidir. Tədqiqatın gedişində statistik göstəricilərin emalı üsullarından, qeyri-səlis məntiq və implikasiya qaydalarından, qeyri-səlis riyazi model və modelləşmələrdən, həmçinin müasir proqramlaşdırma paketlərindən istifadə olunmuşdur. İşlənib hazırlanmış qeyri-səlis modellərin elektron hökumət və İKT sektorunda real gəlirlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasında, qeyri-müəyyənlik və statistik məlumatların natamamlığı şəraitində istifadə imkanları ilə bağlıdır. Əldə olunan nəticələr gələcəkdə davamlı sosial-iqtisadi inkişaf və rəqəmsal transformasiya proqramlarının və rəqəmsal inkişaf strategiyalarının hazırlanmasında, büdcə siyasətinin formalaşdırılmasında və rəqəmsal xidmətlərin idarə edilməsinin səmərəliliyinin artırılmasında istifadə oluna bilər. Təqdim olunmuş məqalədə e-hökumət və İKT sektorundakı gəlirləri proqnozlaşdırmaq üçün statistik göstəricilrin toplanması və ehtimal olunan gələcək tendensiya haqqında nəticələr əldə edilir. Beləliklə, qeyri-səlis məntiq əsasında modelləşdirmə və proqnozlaşdırma sahəsindəki müasir vəziyyət MATLAB TOOLBOX proqramlar paketinə və süni intellekt texnologiyalarına əsaslanan modellərin tətbiqi istiqamətində gələcək inkişafı ilə səciyyələnir. Elektron hökumət və İKT sektorunda real gəlirlərin təhlili üçün qeyri-səlis məntiq metodlarının kompleks şəkildə araşdırılaraq və tətbiqindən ibarətdir. Tədqiqatda qeyri-səlis çoxluqlar çərçivəsində iqtisadi göstəricilərlə ekspert qiymətləndirmələrinin inteqrasiyasına əsaslanan müəllif modeli təklif edilmişdir. Rəqəmsal sektorun maliyyə göstəricilərinin təhlili prosesində qeyri-müəyyənlik və risklərin təsirinin minimuma endirilməsi məqsədilə qeyri-səlis modellərin tətbiqinin məqsədəuyğunluğu əsaslandırılmışdır. Əldə edilən nəticələr rəqəmsal iqtisadiyyat sahəsində tədqiqatların nəzəri-metodoloji bazasını genişləndirməyə əsas verir.