Azərbaycanda sahibkarlıq subyektlərinin innovativ inkişafının idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi
DOI
https://doi.org/10.36719/2519-8149/2025-4/96Açar sözlər
sahibkarlıq subyektləri, innovativ inkişaf, idarəetmə mexanizmləri, infrastruktur, xərc maddələri, yaradılmış əlavə dəyər.Xülasə
Məqalədə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin innovativ inkişafının idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müxtəlif tədqiqat metodlarının köməyi ilə nəzəri-metodoloji və praktiki aspektdən tədqiq edilmiş, alimlərin problemə dair yanaşmaları, müəlliflərin onlara mövqeyi açıqlanmışdır. Əsas diqqət subyektlərin innovativ inkişafına mane olan amillərin aşkar edilməsinə, adı çəkilən mexanizmin komponentlərinin və onların əhatə dairəsinin sxem şəklində işlənilməsinə, subyektlərin makro-iqtisadi göstəricilərinin təhlilinə, innovasiya məhsulunun istehsalı üzrə məmnunluq səviyyəsinə yönəldilmişdir. Eyni zamanda innovasiya fəaliyyətinin məqsədləri üzrə müxtəlif təsnifat işlənilmiş, əməli xarakterli tövsiyələr verilmişdir.