Azərbaycan Respublikasında vergi mühitinin yaxşılaşdırılması istiqamətlərinin müəyyən olunması
DOI
https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/88Açar sözlər
vergi mühiti, vergi yükü, sahibkarlıq, vergi güzəştləri, kölgə iqtisadiyyatı, vergi siyasətiXülasə
Məqalədə Azərbaycan Respublikasında vergi mühitinin formalaşması, onun iqtisadi inkişafa və sahibkarlıq fəaliyyətinə təsiri kompleks şəkildə təhlil edilir. Tədqiqatda vergi mühitinin mahiyyəti açıqlanır, vergi yükü, vergi dərəcələri, vergi inzibatçılığı və qanunvericiliyin sabitliyi kimi əsas amillər qiymətləndirilir. Müəllif vergi yükünün artmasının iqtisadi fəallığın azalmasına, investisiya və yığım səviyyəsinin enməsinə, kölgə iqtisadiyyatının genişlənməsinə səbəb olduğunu elmi arqumentlərlə əsaslandırır. Eyni zamanda, vergi dərəcələrinin azaldılması və vergi güzəştlərinin tətbiqinin sahibkarlığın stimullaşdırılmasında, investisiya mühitinin yaxşılaşdırılmasında və məşğulluğun artırılmasında mühüm rol oynadığı göstərilir. Məqalədə beynəlxalq təcrübə, xüsusilə Estoniya, İrlandiya və Gürcüstan nümunələri ilə müqayisələr aparılaraq, Azərbaycanın vergi sisteminin təkmilləşdirilməsi istiqamətləri müəyyən edilir. Nəticə etibarilə, şəffaf, sabit və sadələşdirilmiş vergi sisteminin formalaşdırılmasının iqtisadi artım və dayanıqlı inkişaf üçün əsas şərt olduğu qənaətinə gəlinir.