Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafında aqroemal sektorunun tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri
DOI
https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/85Açar sözlər
Aqroemal sektoru; dövlət tənzimlənməsi; dayanıqlı inkişaf; rəqabətqabiliyyətlilik; aqrar-sənaye kompleksi; iqtisadi diversifikasiya.Xülasə
Məqalədə aqrar sahənin dayanıqlı və rəqabətli inkişafında aqroemal sektorunun rolu və bu sahədə dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri araşdırılır. Müəllif aqroemal sənayesinin kənd təsərrüfatı xammalına əlavə dəyər yaratmaqla məşğulluğun, regional inkişafın, ərzaq təhlükəsizliyinin və ixrac potensialının gücləndirilməsində strateji əhəmiyyət daşıdığını əsaslandırır. Tədqiqatda Azərbaycanın aqroemal sektorunun mövcud vəziyyəti 2013–2024-cü illərin statistik məlumatları əsasında qiymətləndirilmiş, sektorun ÜDM-də, məşğulluqda və ixracda payının artım meyilləri, eyni zamanda struktur balanssızlıqları və institusional boşluqlar müəyyən edilmişdir. Müqayisəli təhlil vasitəsilə ABŞ, Aİ, Almaniya və Türkiyənin aqroemal siyasəti modelləri öyrənilmiş, bazar stimullarına əsaslanan tənzimləmə mexanizmlərinin üstünlükləri göstərilmişdir. Məqalədə riyazi-statistik modelləşdirmə nəticələri aqroemal istehsalına kənd təsərrüfatı istehsalı, əsas fondlar və əhalinin gəlirlərinin güclü təsirini ortaya qoyur. Nəticə olaraq, institusional koordinasiyanın gücləndirilməsi, klaster yanaşmasının genişləndirilməsi, rəqəmsallaşma və “yaşıl emal” prinsiplərinə əsaslanan təkmilləşdirilmiş dövlət tənzimlənməsi modeli təklif olunur.