Azərbaycan Respublikasında pensiya sisteminin dayanıqlığının təmin edilməsi yolları
DOI
https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/84Açar sözlər
pensiya, pensiya xərcləri, dayanıqlıq, sığortaolunanlarXülasə
Məqalədə Azərbaycan Respublikasında pensiya sisteminin dayanıqlılığı müasir demoqrafik və iqtisadi çağırışlar fonunda kompleks şəkildə təhlil edilir. Tədqiqatda statistik müqayisəli təhlil və proqnoz metodlarından istifadə olunaraq pensiya xərclərinin ÜDM-ə nisbəti, aktiv və passiv sığortalıların nisbəti, yaşlılıqdan asılılıq əmsalı, pensiyaların əvəzetmə əmsalı, minimum pensiyanın yaşayış minimumuna nisbəti, eləcə də MDSSH gəlirləri və DSMF xərclərinin 2030-cu ilə qədər proqnozları araşdırılmışdır. Nəticələr göstərir ki, 2006–2024-cü illərdə pensiya xərclərinin ÜDM-ə nisbəti artsa da, sosial sığortaolunanların sayının 65% yüksəlməsi və aktiv-passiv nisbətin 2,4-dən 4,7-yə çatması sistemin maliyyə dayanıqlığını gücləndirmişdir. Minimum pensiyanın yaşayış minimumunu 137,9% üstələməsi sosial adekvatlığı təmin edir. Proqnozlar MDSSH gəlirlərinin artacağını, lakin 2030-cu ildə DSMF xərclərini tam ödəməyəcəyini göstərir. Məqalədə pensiya fondlarının investisiyalaşdırılması və rəqəmsallaşmanın genişləndirilməsi uzunmüddətli dayanıqlılıq üçün əsas tövsiyələr kimi irəli sürülür.