Azərbaycanda startapların əhatə dairəsinin genişləndirilməsi
DOI
https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/83Açar sözlər
startap, startap ekosistemi, unicorn, startap məhsuldarlığıXülasə
Bu araşdırmada startapların qlobal iqtisadi inkişafda və innovasiya yönümlü transformasiyalarda aparıcı rolunu nəzərə alaraq, Azərbaycanın startap ekosisteminin mövcud vəziyyətini təhlil edilir, beynəlxalq indekslər çərçivəsində müqayisəli qiymətləndirmə aparılır və ekosistemin genişləndirilməsi üçün ölkə reallığına uyğunlaşdırılmış təkliflər paketi təqdim olunur.
Tədqiqatın elmi yeniliyi beynəlxalq indekslərin startap ekosistemlərini əsasən institusional və innovasiya meyarları ilə ölçdüyünü, lakin startapların məhsuldarlıq və səmərəliliyini birbaşa qiymətləndirən universal göstəricinin mövcud olmadığını əsaslandırmasıdır.
Tətbiqi nəticə olaraq, ekosistemin inkişafı üçün ümumi sistem səviyyəsində, hökumət və startap təsisçiləri üzrə diferensiallaşdırılmış təkliflər işlənmişdir. Ümumilikdə, məqalə Azərbaycanın startap ekosisteminin transformasiya mərhələsində olduğunu və onun dayanıqlı, qlobal yönümlü inkişafı üçün institusional və maliyyə mexanizmlərinin gücləndirilməsinin vacibliyini göstərir.