Kommunal xidmətlərin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri

Müəlliflər

  • İlqar Sadıqov Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/82

Açar sözlər

Kommunal xidmətlərin tənzimlənməsi, tarif dizaynı, elektrik enerjisinin paylanması, itkilərin azaldılması

Xülasə

Kommunal xidmətlər sosial rifahın, enerji təhlükəsizliyinin və ekoloji dayanıqlılığın qorunmasında əsas rol oynayan strateji sahədir. Azərbaycanda dövlətin aparıcı olduğu model sosial sabitliyi qoruya bilsə də, köhnəlmiş infrastruktur, yüksək itkilər, artan xərclər və özəl investisiyanın zəif cəlbi kimi çağırışlar hələ də qalır. Bu tədqiqatda ölkələrarası müqayisə və ssenari əsaslı modelləşdirmə ilə paylama sektorunda üç mümkün inkişaf istiqamət təhlil edilir. Nəticələr göstərir ki, dayanıqlı sistemə keçid təkcə tariflərin yüksəldilməsi ilə deyil, səmərəliliyi artıran təşviqlər və rəqəmsal modernləşmə hesabına daha real və idarəolunan şəkildə mümkündür.

Yayımlanıb

2026-01-05