Azərbaycanın emal sənayesində sahibkarlıq subyektlərinin innovasiya aktivliyinə təsir edən amillərin ekonometrik qiymətləndirilməsi
DOI
https://doi.org/10.36719/2707-9317/116/30-37Açar sözlər
emal sənayesi, innovativ inkişaf, təsir amilləri, proqram paketi, riyazi-statistik model, elastiklik əmsalı, dəyər zənciri, infrastruktur.Xülasə
Məqalədə ilk növbədə Beynəlxalq təşkilatların hesabatlarına əsasən Azərbaycanın Qlobal İnnovasiya İndeksi üzrə reytinqdə baş verən dəyişikliklər və ölkənin iqtisadi fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlər göstərilmişdir. Bunlarla yanaşı emal sənayesinin innovativ durumu, onun səviyyəsinə mənfi təsir edən iqtisadi, istehsalat və digər amillər, onları şərtləndirən əsas səbəblər göstərilmişdir. Digər tərəfdən Eviews-10 proqramı paketindən istifadə edərək emal sənayesində innovasiya məhsulunun həcminə təsir edən əsas göstəricilər arasında riyazi-statistik qiymətləndirmə aparılmışdır. Tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, emal sənayesinə xarici investisiyaların fəal cəlb edilməsi, məqsədli innovasiya layihələrindən geniş istifadə, emal sənayesininalt sahələrində dəyər zənciri üzrə yeni klaster infrastrukturunun yaradılması sahəni innovativ inkişafa hədəfləyə bilər.