“AZƏRIŞIQ” ASC-nin paylayıcı şəbəkələrində iqtisadi səmərəliliyə təsir edən əsəs göstəricilərin təhlili

Müəlliflər

  • İ.ü.f.d. Çingiz İbadov Müəllif

DOI

https://doi.org/10.36719/2707-9317/117/58-68

Açar sözlər

iqtisadi səmərəlilik, paylayıcı şəbəkə, xidmət keyfiyyəti, texniki itkilər, kommersiya itkiləri, əməliyyat xərcləri, mənfəət, əmək məhsuldarlığı, investitsiya və s.

Xülasə

Respublikamızda həyata keçirilən effektiv iqtisadi islahatlar kursu uğurla davam etdirilərək dövrün tələblərinə uyğun ardıcıl və sistemli şəkildə yerinə yetirilməkdədir. Qeyd olunan islahatların tərkib hissələrindən biri kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə Respublika ərazisində paylayıcı elektrik şəbəkələrinin istismarı yeni yaradılmış “Azərişıq” ASC-yə həvalə olunmuşdur.

Elektroenergetika sektoru neft və qaz sektorları ilə birgə Azərbaycanın sosial və iqtisadi həyatında aparıcı rol oynayır. Sürətli iqtisadi inkişaf nəticəsində, ölkə daxilində elektrik enerjisi istehsalinin 2023-2027-ci illər ərzində illik 3,0% ətrafında artacağı gözlənilir. Paylayıcı elektrik şəbəkələri elektroenergetika sisteminin əsas hissələrindən biri olmaqla, sistemin effektiv iş rejiminə və texniki-iqtisadi nəticələrinə öz böyük təsirini göstərir.

Bu səbəbdən, elektroenergetika sistemində investisiya qoyuluşlarının tez bir zamanda paylama sektoruna yönəldilməsi məqsədəuyğundur və bu istiqamətdə islahatlar ardıcıl olaraq həyata keçirilir. Paylayıcı şəbəkələrin yenilənməsi və gücləndirilməsinin prioritet qəbul edilməsi elektrik enerjisi itkilərinin azaldılması ilə nəticələnməklə birbaşa iqtisadi səmərə əldə olunur və bu göstərici hər il artmaqdadır. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaratmışdır. Məhz belə bir dövrdə enerqosistemin bütövlükdə, həmçinin onun ən məsuliyyətli və ağır sahəsi olan elektrik enerjisinin paylanma sektorunun iqtisadi səmərəliliyi çox aktualdır. Paylayıcı şəbəkələrin iqtisadi səmərəliliyini müəyyənləşdirən göstəricilər ayrıca bir sahə kimi iqtisadçı alimlər tərəfindən olduqca az araşdırılmışdır. Bu sahədə elmi araşdırmalar nəinki Respublikamızda, hətta Rusiya Federasiyasında və Türkiyədə də yox səviyyəsindədir. Elektroenergetika sahəsində iqtisadi səmərəliliklə bağlı elmi araşdırmalar, əsasən elektrik enerjisinin istehsal proseslərini əhatə edir. Bu məqalədə çalışacayıq ki, elektroenergetikanın bütövlükdə, həmçinin elektrik enerjisinin paylama şəbəkələrində iqtisadi səmərəliliyə təsir edən amilləri ətraflı  araşdıraq və təhlil edək.

Yayımlanıb

2025-09-30