Müasir iqtisadi layihələrin idarə olunmasının əsas xüsusiyyətləri

Müəlliflər

  • İlham Aslanzadə Müəllif
  • Aydan Hadıyeva Müəllif
  • Aydan İsayeva Müəllif

DOI

https://doi.org/10.67304/2707-9317/2026-2/77-84

Açar sözlər

milli iqtisadiyyat, layihə, idarəetmə, davamlı inkişaf, investisiya, biznes

Xülasə

Müasir qloballaşan dünyada  layihələrin strateji planlaşdırılması, icrası və nəzarəti üçün  müasir rəqəmsal metodların  tətbiqi zəruridir. Məqalədə innovativ yanaşmaların və effektiv inteqrasiyanın müəssisələrin rəqabət davamlılığını və investisiya gəlirliliyini təmin edən əsas amillər olduğu  göstərilmişdir.

Müasir iqtisadi layihələrin idarə olunması qloballaşma, rəqəmsal transformasiya prosesləri şəraitində ciddi dəyişikliklərə məruz qalmışdır. Ənənəvi idarəetmə modelləri artıq dinamik iqtisadi mühitin tələblərinə cavab vermədiyi üçün, müəssisələr çevik metodlara və  rəqəmsal idarəetmə sistemlərinə keçid edirlər. Bu keçid layihələrin icrası zamanı qarşıya çıxan gözlənilməz risklərə reaksiya verməyə və resurslardan maksimum səmərəli istifadə etməyə imkan yaradır.

Müasir yanaşmanın digər mühüm xüsusiyyəti dayanıqlı inkişaf modellərinin  layihə strategiyalarına inteqrasiya olunmasıdır. Müqasir iqtisadi layihələrin uğuru təkcə maliyyə gəlirliliyi ilə deyil, həm də onların ekoloji və sosial təsirləri ilə müəyyən edilir. Bulud texnologiyaları və süni intellekt alətlərinin tətbiqi layihə üzrə göstəricilər arasında əlaqəni gücləndirir və insan amilindən qaynaqlanan səhvləri minimuma endirir.

Yayımlanıb

2026-07-28