Azərbaycanın bank sektorunda makroprudensial siyasətin transmissiya mexanizmi: böhrandan sonrakı dövr üzrə empirik təhlil

Müəlliflər

  • Sahil Murtuzayev Azerbaijanian Müəllif

DOI

https://doi.org/10.67304/2707-9317/2026-2/173-179

Açar sözlər

makroprudensial siyasət, bank sektoru, transmissiya mexanizmi, maliyyə sabitliyi, kreditləşmə

Xülasə

Məqalədə Azərbaycanın bank sektorunda makroprudensial siyasətin transmissiya mexanizmi böhrandan sonrakı dövr kontekstində araşdırılır. Kapital, likvidlik və ehtiyat normativləri başda olmaqla əsas tənzimləmə alətlərinin mahiyyəti açıqlanır. Ekonometrik təhlil vasitəsilə bu alətlərin bankların kredit fəallığına və makroiqtisadi dinamikaya təsiri qiymətləndirilir. Tədqiqatın nəticələri makroprudensial siyasətin maliyyə sabitliyinin təmin edilməsindəki əhəmiyyətini ortaya qoyur; eyni zamanda mövcud alətlərin tarazlı tətbiqinin vacibliyi vurğulanır

Yayımlanıb

2026-07-28