Sənaye müəssisələrinin iqtisadi və sosial vəziyyətinin öyrənilməsində statistik təsvir vasitələrindən istifadə olunması
DOI
https://doi.org/10.67304/2707-9317/2026-2/12-22Açar sözlər
sənaye, müəssisə, iqtisadi və sosial vəziyyət, statistik araşdırma, əyani təsvir vasitəsiXülasə
Tədqiqatın məqsədi – müasir dövrdə sənaye sahəsinə aidiyyatı ilə fərqlənən müəssisə və təşkilatlarda iqtisadi və sosial vəziyyətin araşdırılması sistemli və kompleks yollarının araşdırılması yollarına çoxşaxəli baxışların təmin olunması, onların statistik təsvir üsulları vasitəsilə xarakterizə olunması.
Tədqiqatın metodologiyası – müşahidə, qruplaşdırma, müqayisəli təhlil, induksiya, deduksiya, mütləq və nisbi kəmiyyətlər, balans metodlarından istifadə olunması.
Tədqiqatın nəticələri – “sənaye – statistik əyani təsvir vasitələri” tandemi bazasında icra olunacaq işlərdən müstəqim və ya dolayı yolla əldə olunacaq maddi, maliyyə və s. faydanın qanunauyğunluqları, mütərəqqi üsulları və transformasiya mexanizmləri haqda ümumi məlumatın əldə olunması.
Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti – sənaye sferası üzrə təqdim olunan məlumatlar toplusundan istər nəzəri araşdırmalarda, istərsə də təcrübi tətbiqatlarda istifadə olunması, əyani təsvir vasitələrinin köməyi ilə təqdim olunan sənaye fəaliyyəti üzrə informativlik səviyyəsinin yüksəldilməsi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – elmi araşdrmalar nəticəsində, yaxud beynəlxalq mühit imkanlarından istifadə etməklə əyani təsvir vasitələri üzrə fərqli formaların ölkənin sənaye sisteminə tətbiq olunması, deyilənlər vasitəsilə müxtəlif situasiyalar üzrə innovativlik, inklüzivlik, səmərəlilik, operativlik, ahəngdarlıq kimi prinsiplərə əsaslanmaqla zəruri məlumatlar bazasının formalaşdırılması.